MiQ-21

MiQ-21
Tipi qırıcı-çox məqsədli
Hazırlayan MiG
İstehsalçı SSRİ/Rusiya
Dizayner Mikoyan-Quryeviç Konstruktor Bürosu
İlk uçuş 14 İyun, 1956
İstismara verilmə tarixi 1959
İstimarının bitmə tarixi davam edir
İstismarçılar
Buraxılış sayı 8000+
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MiQ-21 (rus. Микоян и Гуревич МиГ-21) (NATO kod adı: “Fishbed”) — SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir. Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uçuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur.

  1. Chant C. The World's Air Forces. Chartwell Books, 1979. S. 11. ISBN 978-0-89009-269-9
  2. Frawley G. The International Directory of Military Aircraft 1996/97. Aerospace Publications, 1996. ISBN 1-875671-20-X
  3. World Air Forces 2014. 2014.
  4. World Air Forces 2008. 2008.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search